Daha bir məktəblini yolu keçərkən avtomobil vurdu -vəziyyəti ağırdır
    • 12-12-2019, 22:54
    • 1 150

Daha bir məktəblini yolu keçərkən avtomobil vurdu -vəziyyəti ağırdır

Goranboyda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Belə ki, "Daewoo” markalı minik avtomobili yolu keçmək istəyən kənd sakini 2004-cü il təvəllüdlü Əhmədova Gülzarə Afiq qızını vurub.
Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.