Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı

Xəzərdə 43 yaşlı kişi boğazından bıçaqlandı
KRİMİNAL

13 dekabr 2019, 01:35

Mətn ölçüsü

Bakıda bıçaqlanma hadisəsi baş verib.

News24.az  xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, 1976-cı il təvəllüdlü Əmiraslanov Vüqar tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona boğazın kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.