Bakıda ŞOK HADİSƏ - Kafedə kişinin qulağını kəsdilər
    • 21-12-2019, 10:31
    • 520

Bakıda ŞOK HADİSƏ - Kafedə kişinin qulağını kəsdilər

Keçən ilin iyun ayında Bakıda kafedə dalaşdığı şəxsin qulağını kəsən şəxslə bağlı Ali Məhkəməyə müraciət edilib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin126.2.4-cü, yəni, qəsdən sağlamlığa ağır zərərvurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə maddəsi ilə ittiham edilərək məhkum edilmiş İbrahimli İbrahimli Hacı oğlu barəsindəki işin yenidən araşdırılması tələb olunub. Müraciətə hakim Əli Seyfəliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, 10 iyun 2018-ci ildə Badamdar qəsəbəsində yerləşən kafelərin birində spirtli içki qəbul edən İ. İbrahimli əvvəlcədən tanımadığı Şahin Əliyevlə aralarında yaranan münaqişə zəmində stolun üstündəki şüşə butulkanı zərərçəkmişə atıb. Butulka Ş. Əliyevin başına dəyib. Sonra butulkanın sınığı ilə zərərçəkmişin qulağını kəsib. İ.İbrahimli Şahinin qulağını kəsmədiyini, qarşı tərəfin ona şər atdığını deyib.