Azərbaycanda polisin silahını əlindən alan şəxsə bu maddələrlə CİNAYƏT İŞİ AÇILDI

Azərbaycanda polisin silahını əlindən alan şəxsə bu maddələrlə CİNAYƏT İŞİ AÇILDI
KRİMİNAL

21 dekabr 2019, 14:54

Mətn ölçüsü

Bir neçə ay əvvəl Goranboyda polisin də qarışdığı dava-dalaşla bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb. 

News24.az-ın məlumatına görə, polis əməkdaşı Vüsal Kərimova qarşı zor tətbiq edən, həmçinin dava-dalaşda əsas iştirakçı olan Əmrahov Lətif Xəzər oğlu barəsində Cinayət Məcəlləsinin 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurm, 228.1 (qanunsuz odlu silah saxlama), 221.1 (xuliqanlıq) və 232.2.4 (Odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə iş açılıb. Artıq cinayət işi üzrə ibtidai istintaq başa çatıb və materiallar baxılması üçün Gəncə ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Nural Əliyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə Goran qəsəsbəsi ərazisində baş verib. Burada xidmət aparan rayon Polis Şöbəsinin əməliyyat müvəkkili – leytenant Vüsal Kərimova bir vətəndaş müraciət edərək bir qrup şəxsin yol kənarında toplaşaraq mübahisə etdiyini bildirib. Dərhal polis əməkdaşı onlara yaxınlaşıb. Bu zaman mübahisə edənlərdən biri onu yumruqla vuraraq yerə yıxıb. Belə olan halda polis əməkdaşı ona təhkim olunmuş tabel silahı ilə havaya xəbərdarlıq atəşi açıb. Silahdan açılan güllə dava edən şəxslərdən birinə dəyib. Xəsarət alan 1999-cu il təvəllüdlü, rayon sakini Əhmədov Təbriz Xalıq oğlu vəfat edib.