Yasamalda 2 nəfəri güllələyən şəxs TUTULDU
    • 23-12-2019, 17:06
    • 808

Yasamalda 2 nəfəri güllələyən şəxs TUTULDU

Yasamalda 2 nəfəri gülləyən şəxs saxlanılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən News24.az-a verilən məlumata görə, dekabrın 22-də gecə saatlarında Yasamal rayonu, Şərifzadə küçəsində, əvvələr məhkum olunanlar – 1987-ci il təvəllüdlü İ.Bağıyev, 1989-cü il təvəllüdlü Z.Muradov bədənin müxtəlif nahiyyələrindən aldığı güllə yarası ilə xəstəxanaya daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Yasamal rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan Tural Nağıyev tutularaq istintaqa təhvil verilib.

T.Nağıyev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.