Hərbi xidmətdən yenicə qayıtmışdı - intihar etdi
    • 29-12-2019, 23:27
    • 742

Hərbi xidmətdən yenicə qayıtmışdı - intihar etdi

Yevlax rayonunda ölüm hadisəsi baş verib.
News24.az apa-ya istinadən xəbər verir ki, hadisə Ərəbbəsrə kəndində qeydə alınıb.
Təqribən 20 yaşlı oğlanın kəndirdən asılı vəziyyətdə cansız bədəni aşkar edilib. İlkin məlumata görə, ölən gənc Elvin Məmmədovdur. Onun beş-altı ay öncə hərbi xidmətdən gəldiyi deyilir. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.