Bakının mərkəzində qızlar arasında DAVA-DALAŞ
    • 30-12-2019, 12:02
    • 1 033

Bakının mərkəzində qızlar arasında DAVA-DALAŞ

Bakıda 2 qız arasında baş vermiş dava-dalaşla bağlı cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Nərimanov rayonu ərazisində - ictimai yerdə G.Heydərovanın A.Quliyevanı döyməsi faktına görə, Cinayət Məcəlləsinin  221.3-cü, yəni, xuliqanlıq - silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda maddəsi ilə iş açılıb.

Artıq iş üzrə materiallar Nərimanov Rayon Məhkəməsinə göndərilib və hazırlıq iclası 9 yanvar tarixinə təyin edilib.