Sumqayıtda yataqxanadan iki nəfərin meyiti tapıldı

Sumqayıtda yataqxanadan iki nəfərin meyiti tapıldı
KRİMİNAL

08 yanvar 2020, 22:47

Mətn ölçüsü

Sumqayıt şəhərində mənzildə 2 meyit tapılıb. 
News24.az xəbər verir ki, hadisə şəhərin 18-ci məhəlləsində yataqxanaların birində qeydə alınıb. Müvafiq qurumlar mənzilin qapısını açaraq içəridə 2 nəfər kişinin meyitini aşkarlayıblar. Araşdırma nəticəsində onların içki məclisindən sonra ehtiyatsızlıqdan mənzildə yanğın törətdiyi məlum olub. Onların məhz tüstüdən zəhərlənərək öldükləri istisna olunmur.
Ölənlərdən birinin şəxsiyyəti də məlum olub. Bu, 1964-cü il təvəllüdlü Şıxıyev Abil Murtuz oğludur. Digər şəxsin kimliyi hələlik məlum deyil.
Meyitlər aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.