Bakıda 36 yaşlı qadını 18 dəfə bıçaqlayıb öldürdülər
    • 9-01-2020, 10:53
    • 817

Bakıda 36 yaşlı qadını 18 dəfə bıçaqlayıb öldürdülər

Bakıda qadının əri tərəfindən qətlə yetirilməi ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

News24.az-ın məlumatına görə, həyat yoldaşı Cəvahir Əkbərovanı vəhşicəsinə öldürən Əkbərov İlham Nüftəli oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.9-cu, yəni, köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə prosesi hakim Rahib Salmanovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonu, Məmməd Şərifli küçəsi 82a ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1980-ci il təvəllüdlü Əkbərov İlham Lütfəli oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Əkbərova Cəvahir Telman qızını 18 bıçaq zərbəsi ilə qətlə yetirib.

Əkbərov hadisəni törətdikdən sonra Şəki rayonuna qaçıb.

Nizami rayon Polis İdarəsi və Şəki rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Əkbərov saxlanılıb.