15 min manatlıq qızıl oğurlayan Bakı sakini SAXLANILDI

15 min manatlıq qızıl oğurlayan Bakı sakini SAXLANILDI
KRİMİNAL

09 yanvar 2020, 12:09

Mətn ölçüsü

Astara rayonunda mənzildən 15 min manat dəyərində qızıl oğurlayan Bakı sakini saxlanılıb.

Astara şəhər sakini M.Mirzəyeva yanvarın 3-də yaşadığı evdən 15 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə müraciət edib. 

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhəri, Binəqədi rayon sakini, əvvəllər məhkum olunmuş Ruslan Bağıyev olduğu müəyyən edilib. Oğurladığı qızılların bir qismi ondan aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.