Bakıda şirkət işçilərindən ŞOK CİNAYƏT – 162 nəfəri aldatdılar
    • 9-01-2020, 17:27
    • 604

Bakıda şirkət işçilərindən ŞOK CİNAYƏT – 162 nəfəri aldatdılar

Bakıda 160-dan çox şəxsə qarşı dələduzluq etmiş işədüzəltmə firmasının işçiləri barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq onlardan külli miqdarda pul alan Elvin Məhərrəmov, Ceyhun Qalabəyov və Məcid Məcidov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci, yəni, dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Cavid Hüseynovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, iş üzrə 162 nəfər zərərçəkən şəxs qismində tanınıb. Belə ki, cari ilin mart ayının əvvəllərində bir qrup şəxs paytaxtda fəaliyyət göstərən “ELİV” işədüzəltmə şirkətinin məsul əməkdaşları tərəfindən aldadılaraq onlara məxsus külli miqdarda pul vəsaitinin ələ keçirilməsi barədə polis orqanlarına ərizələr verərək, adıçəkilən firma rəhbərlərinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmalarını, onlara dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini xahiş edib. Həmin müraciətlər əsasında vətəndaşların aldadılaraq pullarının dələduzluq yoluyla ələ keçirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşları tərəfindən təxirəsalınmadan həyata keçirilmiş tədbirlərlə qeyd olunan cinayətin Bakı şəhər sakini Məcid Məcidovunun təşkilatçılığı ilə mütəşəkkil qrup tərəfindən törədilməsi müəyyən edilib. O, həmçinin, cinayətkar dəstənin digər üzvləri- paytaxt sakinləri Elvin Məhərrəmov və Ceyhun Qələbəyov polis tərəfindən saxlanılıb və onlara ittiham elan olunub.