Qandonduran olay! Yük avtomobili kişinin bədənini hissələrə ayırdı
    • 14-01-2020, 00:02
    • 815

Qandonduran olay! Yük avtomobili kişinin bədənini hissələrə ayırdı

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
News24.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobili Buzovna qəsəbə sakini, 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlunun üzərindən keçib.
Nəticədə A. Mayilin bədəni hissələrə ayrılıb.
Meyit aidiyyatı üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.