Youtube və instagram fenomenləri şəlalədən düşərək öldü-FOTOLAR
    • 7-07-2018, 11:07
    • 1 577

Youtube və instagram fenomenləri şəlalədən düşərək öldü-FOTOLAR

Youtube fenomeni Rayker Gambl, Aleksey Lak və Megan Skraper, Kanadanın "British Calombiya" ərazisində şəlalədən düşərək vəfat ediblər. 

News24.az xəbər verir ki,Sosial şəbəkədə Gambleni izləyənlərin sayı 69 mindir. Onun 30 yaşı var idi.

Fenomen, Youtube və İnstagram hesabında Kanadada olan gəzintisini paylaşıb. Elə bədbəxt hadisə də orda yaşanıb. 

Gənclər Kalumbiyanın üç ən böyük şəlaləsindən birinin ən hündür zirvəsindən düşüblər. 

Onlar 30 metr hündürlikdən yerə çırpılıblar. Gamblenin ailəsi onun 30, digər iki dostunun isə 20 yaşında olduqlarını qeyd edib.

Hadisədən sonra sosial şəbəkədə onları izləyən dostları başsağlığı veriblər. 

Onu da qeyd edək ki, Youtubeda 500 min abunəçiyə, instagramda isə, 1,1 milyon izləyiciyə sahib olan “High On Life” kanalı ilə dünyanın dörd bir yanına gedərək yaşadığı adrenalin dolu anlarını  adı çəkilən kanalda yerləşdirirdi.

Elvin Nüsrətoğlu