Azərbaycanda gənc qızı oğurlayıb zorladılar – DƏHŞƏTLİ FAKTLAR
    • 16-01-2020, 13:41
    • 1 840

Azərbaycanda gənc qızı oğurlayıb zorladılar – DƏHŞƏTLİ FAKTLAR

Bir müddət əvvəl adam gənc qızı qarçırmaqda və onunla cinsi əlaqədə olmaqda şübhəli bilinən şəxslər barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Aydınov Ümid Aydın oğlu və Həmidov Elvin Nimət oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin144.2.3-cü (adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 149.1-ci (Zorlama - yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə açılan işin materialları Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Bilal Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, iş üzrə S.Abdullayeva zərərçəkən şəxs qismində tanınıb. Hadisədən sonra tutulan şəxslər qızı evlənmək məqsədilə qaçırdıqlarını bildiriblər.