Bakıda  narkotacir Nazlı  tutuldu  - FOTO
    • 18-01-2020, 17:10
    • 1 073

Bakıda narkotacir Nazlı tutuldu - FOTO

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən (DİN) News24.az-a verilən məlumata görə, verilən məlumata görə, tədbir nəticəsində üzərində narkotik vasitə saxladığına görə paytaxt sakini Abdulla Salmanov saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman 0,175 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən olunub ki, həmin şəxs heroini Bakıxanov qəsəbəsində “Nazlı” kimi tanıdığı narkotacirdən alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həmin şəxs, əvvəllər məhkum olunmuş paytaxt sakini Nəzakət Rzayevə tutulub.
Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 256 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb. N.Rzayevə narkoik vasitələrin satışı ilə məşğul oluduğunu etiraf edib.

Sabunçu RPİ əməkdaşları tərəfindən narkotiklərə qarşı daha bir uğurlu əməliyyat tədbiri həyata keçirilib. Bakı şəhər sakini Ziya Ağayevin idarə etdiyi “Mersedes” markalı avtomobildə külli miqdarda narkotik vasitələr daşıması barədə idarəyə əməliyyat məlumatı daxil olub. Əməliyyat zamanı Z.Ağayev sükan arxasında olan zaman ona polislər tərəfindən saxla işarəsi verilib.