Daha bir yük maşını məktəblinin həyatına son qoydu
    • 19-01-2020, 14:37
    • 1 045

Daha bir yük maşını məktəblinin həyatına son qoydu

Bakıda məktəblinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.
Mebel daşıyan yük maşını yolu keçən 15 yaşlı şagirdi (ad və soyadı dəqiqləşdirilir-red) vurub.
Yaralı hadisəni törədən sürücü tərəfindən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına çatdırılıb.
Lakin həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.