Bakıda gənc qızdan 2 oğlana qarşı CİNAYƏT
    • 20-01-2020, 13:32
    • 1 082

Bakıda gənc qızdan 2 oğlana qarşı CİNAYƏT

Bakıda oğuluqla məşğul olan qız barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsində Nəzrin Həsənova barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci, yəni oğurluq – təkrar törədildikdə maddəsi ilə iş açılıb. Artıq iş üzrə ibtidai istintaq başa çatıb və cinayət işinin materialları baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq. Hazırlıq iclası yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən gənc qız Ağayev və Ağazadə soyadlı iki oğlanın pul və qiymətli əşyalarını oğurladığı üçün məsuliyyətə cəlb edilib.