Gəncədə körpəsi əlindən alınan ana intihara cəhd etdi
    • 23-01-2020, 22:00
    • 1 557

Gəncədə körpəsi əlindən alınan ana intihara cəhd etdi

Gəncədə gənc ana intihara cəhd edib. 
News24.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhər sakini, 21 yaşlı Ə. A dərman zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib. 
Ona tibbi yardım göstərilib, vəziyyəti kafi qiymətləndirilir. Məlumata görə, ailə münaqişəsi zəminində 3 aylıq körpəsi qaynanası tərəfindən alındığı üçün Ə. A çoxlu dərman həbləri qəbul edərək intihara cəhd edib.