Dəhşətli qəzada ölənlərin sayı artdı - Yaralıların adları bilindi
    • 26-01-2020, 13:21
    • 1 299

Dəhşətli qəzada ölənlərin sayı artdı - Yaralıların adları bilindi

Bu gün İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı 3 nəfərə çatıb, 15-ə yaxın yaralı var. 


News24.az xəbər verir ki, hadisə zamanı “VAZ 2106”-da olan ana və ata hadisə yerində, bir övladı isə xəstəxanada ölüb. 


Qəza zanmanı xəsarət alan şəxslər, Bakı sakinləri -1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu, 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.