Sumqayıtda 48 yaşlı qadın dəm qazından boğuldu
    • 26-01-2020, 14:33
    • 1 380

Sumqayıtda 48 yaşlı qadın dəm qazından boğuldu

Sumqayıtda dəm qazından boğulma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin 20-ci məhəlləsində həyət evlərindən birində qeydə alınıb.

Şəhər sakini 1972-ci il təvəllüdlü Musayeva İradə Mirəli qızı dəm qazından boğularaq ölüb. Mərhumun meyiti aidiyyatı üzrə təhvil verilib.