Rüşvətə görə işdən çıxarılan məmurdan YENİ XƏBƏR
    • 27-01-2020, 16:23
    • 1 037

Rüşvətə görə işdən çıxarılan məmurdan YENİ XƏBƏR

Bir müddət əvvəl rüşvət verməyə görə barəsində cinayət işi açılan və təqsirləndirilərək məhkum edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq əməkdaşı Hafiz Ağamalıyev Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 312.2-ci, yəni, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə maddəsi ilə məhkum edilmiş şəxs Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki hökmün dəyişdirilməsini tələb edib. Müraciətə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, H.Ağamalıyev barəsində  Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb. O, uzun müddət Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad və Sabunçu rayon şöbələrində çalışıb.