"Lexsus" aşdı - qardaşlar canından oldu
    • 28-01-2020, 00:32
    • 1 269

"Lexsus" aşdı - qardaşlar canından oldu

Şəmkirdə ağır yol nəqliyyat hadisəsi baş verib.


News24.az xəbər verir ki, hadisə “Kraz yolu“ adlanan yolda qeydə alınıb.


Qəza zamanı “Lexus“ markalı minik maşını aşıb. Nəticədə 3 nəfər ölüb. Bunlar 1983-cü il təvəllüdlü Əmiraslanov Ramil Söhrab oğlu, 1977-ci il təvəllüdlü Əmiraslanov Habil Hüseyn oğlu və 1973-cü il təvəllüdlü Əmiraslanov Şahin Hüseyn oğludur.


Hazırda hadisə yerində istintaqçılar araşdırma aparır.