Göygöldə “QAZel” aşdı -ölən və yaralanan var
    • 1-02-2020, 01:07
    • 1 419

Göygöldə “QAZel” aşdı -ölən və yaralanan var

Göygöl rayonunda xəsarətlə və ölümlə nəticələnən yol qəzası baş verib. 


News24.az xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.  


Yeni Qızılca kəndində “QAZel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb. İlkin məlumata görə, qəza nəticəsində ölən və yaralananlar var.  


Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi əməkdaşları cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.