80 yaşlı qadın piyada keçərkən canından oldu
    • 2-02-2020, 00:10
    • 1 401

80 yaşlı qadın piyada keçərkən canından oldu

Qazaxda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.

Yolu keçmək istəyən 80 yaşlı Hilal İsmayıl Qızı Aqrahovanı vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.