Mənzildən kişi meyiti tapıldı
    • 7-02-2020, 01:10
    • 1 476

Mənzildən kişi meyiti tapıldı

Bakıda evdən kişi meyiti tapılıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Nuriyev Yusif Hacı oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.