Bakıda dəhşətli qətl - qardaş bacısının boğazını kəsdi

Bakıda dəhşətli qətl - qardaş bacısının boğazını kəsdi
KRİMİNAL

07 fevral 2020, 02:00

Mətn ölçüsü

Paytaxtda orta yaşlı qadının şah damarı kəsilib.

News24.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə “Memar Əcəmi” metrostansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsi 12-ci bina ətrafında baş verib. Hadisə yerinə polis və təcili yardım cəlb edilib. Qardaşı tərəfindən boğazı kəsilən və ürəyindən bıçaqlanan qadın hadisə yerində vəfat edib.

Məlumata görə, qadın hadisədən əvvəl qızına zəng edərək qardaşının onu izlədiyini deyib. Daha sonra isə cinayətkar təqsirini etiraf edib.

Hadisənin hansı zəmində törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qadının 48-50 yaşlarında olduğu ehtimal edilir. Mərhumun bir qız, iki oğlan övladı var.