Bakıda sərxoş dünya çempionu dəhşətli qəza törətdi - YENİ FAKTLAR
    • 8-02-2020, 13:53
    • 1 612

Bakıda sərxoş dünya çempionu dəhşətli qəza törətdi - YENİ FAKTLAR

2018-ci ilin yanvar ayında Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətmiş dünya çemppionu Urxan Orucovla bağlı Ali Məhkəməyə müraciət edilib.

News24.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin - 263-1.3-cü, yəni, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma – ölümlə nəticələndikdə maddəsi ilə ittiham edilərək məhkum edilmiş U.Orucov barəsində işə yenidən baxılması və hökmün dəyişdirilməsi tələb edilib.

Müraciətə Ali Məhkəmənin hakimi İnqilab Nəsirovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, ittihama görə, 2018-ci ilin yanvarın 25-də Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində yolu keçən Maştağa qəsəbə sakini Səlim Zülfüqarov naməlum avtomobillə vurulub. S.Zülfüqarov ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini sərxoş törətməkdə təqsirləndirilən sürücü, Bakı şəhər sakini Urxan Orucov saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, U.Orucov peşəkar idmançıdır. Kikboksinq və kunq-fu idman növlərində özünü sınamış 29 yaşlı U.Orucov 3 qat dünya, 8 qat Azərbaycan çempionudur.

U.Orucov artıq bir müddətdir ki, azadlığa çıxıb və yığma komandamızın baş məşqçisidir.