Bakıda rüşvət şəbəkəsi quran rəis və qardaşının ŞOK ƏMƏLLƏRİ

Bakıda rüşvət şəbəkəsi quran rəis və qardaşının ŞOK ƏMƏLLƏRİ
KRİMİNAL

09 fevral 2020, 15:04

Mətn ölçüsü

Bir neçə ay əvvəl barəsində cinayət işi açılan “Dövlət NTD” MMC-nə (Dövlət Nəzarət Təhlükəsizlik Depertamenti) rəhbərlik etmiş qardaşlar barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, MMC-nin Bakı Regional Mərkəzinin rəisi Sahib Hüseynov və qardaşı Ruslan Hüseynov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci, yəni, rüşvət alma - təkrar törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinaytlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Əliövsəd Abasovun sədrlik etdiyi kollegiya tərəfindən baxılacaq.

Qeyd edək ki, iş üzrə "DÖVLƏT-NTD" MMC zərərçəkən şəxs qismində tanınıb.

Təqsirləndirilən şəxs S.Hüseynov Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi olub. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu ilin iyul ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan şikayət məktubunda Dövlət Nəzarət Təhükəsizlik Departamenti MMC-nin əməkdaşları tərəfindən sahibkarlıq subyektində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının yoxlanılaraq akt tərtib edildiyi bildirilib. Həmçinin yoxlama həyata keçirən şəxslərin özlərini Azərbaycan Respublikasının Dövlət Nəzarət Təhlükəsizlik Departamentinin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşları olaraq təqdim etdikləri və xüsusi geyimdə olduqları qeyd edilib.

Şikayət əsasında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya resurslarına istinad edilməklə aparılan ilkin araşdırma zamanı həmin MMC-nin “Dövlət-NTD” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN: 2901049511) adı altında dövlət qeydiyyatına alındığı müəyyən edilib.

Müraciətlə əlaqədar aparılan araşdırma zamanı aşkar olunan faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğuna təqdim olunub.