Qardaşına cinayət işi açdırdı – AĞDAŞDA

Qardaşına cinayət işi açdırdı – AĞDAŞDA
KRİMİNAL

11 fevral 2020, 12:49

Mətn ölçüsü

Ağdaş sakini qardaşından polisə şikayət edib.

News24.az-ın məlumatına görə, rayon sakini Fərid Abbaszadə qardaşı Feyruzun onu döydüyünü bildirib. Fakt təsdiqini tapdığı üçün Feyruz Abbaszadə barəsində Ağdaş RPŞ-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci, yəni, qəsdən sağlamlığa yüngül zərərvurma maddəsi ilə cinayət işi açılıb.

Artıq işin materialları Ağdaş Rayon Məhkəməsinə göndərilib.