Azərbaycanda toydan sonra 2 nəfəri güllələdilər
    • 11-02-2020, 14:31
    • 1 558

Azərbaycanda toydan sonra 2 nəfəri güllələdilər

Ağstafa rayonunda 2 nəfəri güllələmiş şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, rayonun Köçəsgər kənd sakini Məmmədov Sərxan Mehman oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma - ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətil törədildikdə) maddəsi ilə açılan işin materialları Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə prosesi hakim Xəqani Səmədovun sədrliyi ilə keçiriləcək və hazırlıq iclası fevralı 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə şəxsi münasibətlər zəminində törədilib. Belə ki, dünən kənd ərazisində toy mərasimi olub. Toyda iştirak edən 1989-cu il təvəllüdlü Sərxan Mehman oğlu Məmmədov Bakıdan gələn qonaqlara sataşıb, bu zaman əmisi Qabil Məmmədov ona iradını bildirib. S.Məmmədov əmisinə bıçaqla hədə qorxu da gəlib. Tərəflər arasında mübahisə ətrafdakılar tərəfindən sakitləşdirilib. Daha sonra isə Q.Məmmədov kənd ərazisində yerləşən çayxanaların birinin həyətində çay içərkən S.Məmmədov "Mercedes" markalı avtomobillə çayxananın önünə gəlib və tüfənglə avtomobildən atəş açaraq əmisini vurub və daha sonra avtomobillə ərazidən uzaqlaşıb. Hadisə zamanı əmisinin yaxınlığında olan Yusif Əlləcov da xəsarət alıb və hər iki şəxs xəstəxanaya aparılıb.