Ağcabədidə ata OĞLUNU ÖLDÜRDÜ
    • 12-02-2020, 13:08
    • 1 138

Ağcabədidə ata OĞLUNU ÖLDÜRDÜ

Qəsdən adam öldürməkdə şübhəli bilinən Ağcabədi rayonunun Təzəkənd kəndinin sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az -a verilən məlumata əsasən, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə RPŞ-ə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.