USD 1.7
EUR 1.8412
TRY 0.2808
RUB 0.0268
  • Bakı 7°C
  • ŞUŞA 5°C
  • GƏNCƏ 7°C
  • LƏNKƏRAN 2°C
  • ŞƏKİ 5°C
  • QUBA 4°C
  • NAXÇIVAN 1°C

Bakıda quldurluq – Bıçaqla 3 nəfəri hədələyib pul aldı

Kriminal

Mətn ölçüsü

Bakıda quldurluqla məşğul olan şəxs barəsində açılan cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Sultanov Ehtiram Sanil oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci, yəni, quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə maddəsi ilə Suraxanı Rayon Polis İdarəsində açılmış işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Əhməd Quliyevin sədrliyi ilə baxılacaq. 

Qeyd edək ki, E.Sultanov müxtəlif vaxtlarda Cəfərov, Ovçuyev və Ağayev soyadlı şəxslərin qarşısını kəsərək onları soyuq silahla hədələyib və pul alıb.

Xəbəri paylaş: