Bakıda maskalı şəxslər poçta BASQIN ETDİ
    • 18-02-2020, 13:19
    • 1 278

Bakıda maskalı şəxslər poçta BASQIN ETDİ

Bakıda poçta basqın edən dəstə üzvləri barədə açılan cinayət işinin ibtidai istintaqı başa açtıb.

News24.az-ın məlumatına görə, Binəqədi əraziasində maska taxaraq poçta basqın edən və bıçaqla pul tələb edən Ramazan Layıcov, Həmid Babayev və Teymur Hacıbəyov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.1-ci, yəni, quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əli Məmmədovun sədrliyi ilə baxılacaq. 

Cinayət işi üzrə "AZƏRPOÇT" MMC və onun əməkdaşı zərərçəkmiş şəxs qismində tanınıb. Məhkəmənin hazırlıq iclası martın 2-d keçiriləcək. 
Qeyd edək ki, quldurluq hadisəsi keçən ilin sentyabrında baş verib. 

Həmin şəxslər poçta nahar vaxtı girib, orada çalışan işçini hədələyiblər. Oğrular pul tələb etsələr də, istəklərinə nail olmadan hadisə yerindən qaçıblar.