Axtarışda olan 43 nəfər  SAXLANILDI - DİN
    • 22-02-2020, 12:22
    • 1 203

Axtarışda olan 43 nəfər SAXLANILDI - DİN

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilmiş 27 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 43 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında 2 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb. 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19 fakt müəyyən edilb. Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.