Dənizdən qadın meyiti tapıldı
    • 24-02-2020, 23:42
    • 1 182

Dənizdən qadın meyiti tapıldı

Abşeronda dənizdən qadın meyiti çıxarılıb.

News24.az FHN-ə istinadən xəbər verir ki, nazirliyinin "112" qaynar telefon xəttinə, Abşeron rayonunun Görədil kəndində 1 nəfərin meyitinin dənizdən çıxarılması üçün müraciət daxil olub. 

Hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1956-cı il təvəllüdlü Rzayeva Əminə Teyyub qızının meyitini sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.