Polis itkin düşmüş 3 nəfəri ailəsinə təhvil verdi
    • 25-02-2020, 09:53
    • 1 080

Polis itkin düşmüş 3 nəfəri ailəsinə təhvil verdi

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 24-də 20 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsinindən News24.az-a verilən məlumata görə, qəsdən adam öldürməyə cəhdə görə 1, soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 5, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 2 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğu üçün ümumilikdə 12 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.