Piyadanı öldürüb qaçan sürücü TUTULDU
    • 26-02-2020, 17:25
    • 991

Piyadanı öldürüb qaçan sürücü TUTULDU

Fevralın 25-də saat 7 radələrində Xətai rayonunun G.Mehmandarov küçəsində yolu keçən Bakı şəhər sakini Yeganə Hüseynova naməlum avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini B.Babayev Xətai Rayon Polis İdarəsinin 35-ci polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. 

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.