Qaxda piyadanı vurub öldürdülər
    • 27-02-2020, 00:01
    • 1 025

Qaxda piyadanı vurub öldürdülər

Qaxda avtomobil piyadanı vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə axşam saatlarında şəhər ərazisində baş verib. Belə ki, yolu kecmək istəyən şəhər sakini, 1950-ci il təvəllüdlü Soltanov Məhəmməd Tofiq oğlunu Xəqan adlı sürücü idarə etdiyi avtomobillə vurub.

Yaralı Qax Rayon Mərkəzi xəstəxanasına aparıldıqdan bir qədər sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.