Axtarışda olan 28 nəfər SAXLANILDI

Axtarışda olan 28 nəfər SAXLANILDI
KRİMİNAL

03 mart 2020, 10:58

Mətn ölçüsü

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 2-də 26 cinayətin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, onlardan 10-nu əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. 

Quldurluq üzrə 1, xuliqanlıq üzrə 2, narkotiklərlə əlaqəli 7, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 10 faktın açılması tədbirlərlə təmin olunub. 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 28 nəfər saxlanılıb.