Qusarda qardaş qardaşını qətlə yetirdi
    • 6-03-2020, 01:30
    • 1 325

Qusarda qardaş qardaşını qətlə yetirdi

Qusar rayonu ərazisində qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, Bakı şəhərində qeydiyyatda olan, müvəqqəti olaraq Qusarda yaşayan 1970-ci il təvəllüdlü Orucov Raul Luğman oğlu şəxsi münaqişə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Orucov Kamran Luqmanoviçi bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.