Bakıda piyada keçidinin altında dəhşətli hadisə - ÖLƏN VAR
    • 9-03-2020, 21:40
    • 1 173

Bakıda piyada keçidinin altında dəhşətli hadisə - ÖLƏN VAR

Bu gün saat 20:30-da Bakı şəhər Xətai rayonunda ağır yol qəzası baş verib.

News24.az-ın məlumatına görə, Nobel prospektində "Mercedes" markalı avtomobil yerüstü piyada keçidinin altından qaçaraq yolu keçmək istəyən orta yaşlı şəxsi vurub. Hadisə nəticəsində piyada ölüb.

Onun şəxsiyyətini dəqiqləşdirmək üçün araşdırma aparılır.