Axtarışda olan 40 nəfər ƏLƏ KEÇDİ - DİN
    • 11-03-2020, 10:34
    • 710

Axtarışda olan 40 nəfər ƏLƏ KEÇDİ - DİN

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 10-da 24 cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, onlardan 3-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Soyğunçuluq üzrə 1, xuliqanlıq üzrə 3, narkotiklərlə əlaqəli 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 40 nəfər saxlanılıb.

İtkin düşmüş kim axtarışı elan olunan 7 nəfər tapılaraq ailəsinə təhvil verilib.