Azərbaycanda 4-cü sinif şagirdi özünü asdı
    • 11-03-2020, 20:05
    • 991

Azərbaycanda 4-cü sinif şagirdi özünü asdı

Sabirabad rayonunda intihar hadisəsi baş verib.

News24.az xəbər verir ki, rayonun Sarxanbəyli kəndində 2009-cu il təvəllüdlü N.S. özünü yaşadığı evin həyətindəki damda asaraq intihar edib.
Onun asılı vəziyyətdə qalan meyitini ailə üzvləri aşkar ediblər.

Bildirilir ki, intihar edən 11 yaşlı oğlanın anası 4 il əvvəl vəfat edib. O, orta məktəbin 4-cü sinfində oxuyurmuş.

Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.