Azərbaycanda oğul yumruqla atasını ÖLDÜRDÜ

Azərbaycanda oğul yumruqla atasını ÖLDÜRDÜ
KRİMİNAL

11 mart 2020, 23:23

Mətn ölçüsü

Şirvanda qətl törədilib, oğul atasını öldürüb.

News24.az xəbər verir ki, hadisə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsində yerləşən mənzildə baş verib.

43 yaşlı Xanışov Elşən Zeynal oğlu atası 1949-cu il təvəllüdlü Xanışov Zeynal Əsgərxan oğlu ilə mübahisə edib, bu zaman E.Xanışov atasını yumruq zərbəsi ilə vuraraq qətlə yetirib.

Oğul saxlanılıb. Z.Xanışoviun meyiti isə müayinə olunması üçün məhkəmə tibb ekspertizasına təqdim edilib.

Hazırda faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.