Axtarışda olan 5 nəfər tapılaraq ailəsinə verildi
    • 13-03-2020, 09:12
    • 770

Axtarışda olan 5 nəfər tapılaraq ailəsinə verildi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) ötən gün paytaxt ərazisində qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

BŞBPİ-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 12-də 33 cinayətin üstü açılıb. 

Onlardan 9-u əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Narkotiklərlə əlaqəli 5, quldurluq üzrə 1, silah-sursat üzrə 2, baş vermiş oğurluq hadisələri ilə əlaqədar əməliyyat-axtarış tədbirlər nəticəsində daha 13 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb. 

İtkin düşən kim axtarışı elan olunan 5 nəfər tapılaraq ailəsinə təhvil verilib.