Bir gündə 31 cinayətin üstü açıldı

Bir gündə 31 cinayətin üstü açıldı
KRİMİNAL

14 mart 2020, 11:32

Mətn ölçüsü

Bakının polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 13-də 31 cinayətin üstü açılıb. 

Bakı şəhər Baş Polis İdarəsindən News24.az-a verilən məlumata görə, onlardan 4-ü əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 11 faktın açılması tədbirlərlə təmin olunub. 

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 27 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 9 nəfər tapılaraq ailəsinə təhvil verilib.