Əri həbsxanada olan qadını sevgilisi öldürdü – BAKIDA QƏTL HADİSƏSİ
    • 15-03-2020, 10:19
    • 1 171

Əri həbsxanada olan qadını sevgilisi öldürdü – BAKIDA QƏTL HADİSƏSİ

Bakıda qeyri-rəsmi nikah münasibətində olduğu qadını amansızlıqla öldürən daha bir nəfər barəsində açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.


News24.az-ın məlumatına görə, Sabunçu rayonu Bakıxanov qəsəbəsində Bağırova Günel Tofiq qızını qələ yetirən Hüseynov Xaləddin Dilqəm oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə Sabunçu Rayon Prokurorluğunda açılmış cinayət işinin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İşə hakim Əliövsəd Abasovun sədrliyi ilə baxılacaq.
Qeyd edk ki, hadisə keçən il sentyabrın 7-də, paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verib.


1988-ci il təvəllüdlü Xaləddin Hüseynov 35 yaşlı Günel Bağırovanın yaşadığı evə daxil olaraq onun başını kəsib.


Qeyd edilir ki, X.Hüseynov daha əvvəl Cinayət Məcəlləsinin 234-cü- maddəsi ilə, yəni narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilib. Bundan əlavə, o, narkoman kimi xəstəxanada qeydiyyatda olub və azadlığa çıxandan sonra köhnə vərdişlərindən əl çəkməyib.


İstintaq zamanı məlum olub ki, həyat yoldaşı həbsxanada olan G.Bağırova ilə Xaləddin arasında bir müddət əvvəl isti münasibətlər yaranıb.
Cütlüyün münasibətlərinin pozulmasına səbəb 31 yaşlı Xaləddinin narkotik vasitələrdən asılılığı və daima Güneldən pul istəməsi olub.


Sentyabrın 7-də gecə saatlarında narkotik vasitələrə tələbatın təsiri altında olan Xaləddin Günelin yaşadığı evə gələrək onunla söhbət etmək istədiyini bildirib. Bu zaman onlar arasında münaqişə baş verib və G.Bağırova Xaləddindən evi tərk etməsini istəyib.


Nəticədə X.Hüseynov bıçaqla qadının boğazına xəsarətlər yetirib. O, Günelin başını kəsdikdən sonra evi tərk edərək polis şöbəsinə gedib.
Faktla bağlı ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.