14 evdən oğurluq edən şəxs ƏLƏ KEÇDİ

14 evdən oğurluq edən şəxs ƏLƏ KEÇDİ
KRİMİNAL

16 mart 2020, 13:32

Mətn ölçüsü

Bakıda mənzildən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 27-də rayon ərazisindəki evlərin birindən pul və 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini B.Eminov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha 13 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlaması da müəyyən edilib.