Abşeronda insident – 3 məmura hücum edib xəsarət yetirdi
    • 18-03-2020, 12:33
    • 768

Abşeronda insident – 3 məmura hücum edib xəsarət yetirdi

Xırdalanda hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq edən şəxs barəsində cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsində F.Haqverdiyev, G.Quliyev və A.Səfərova xəsarət yetirən Əliyev Elməddin Tacəddin oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci, yəni, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə maddəsi ilə iş açılıb.

Qeyd edək ki, hücuma məruz qalan şəxslər dövlət qurumunun əməkdaşları olub. Hadisə onlar xidməti vəzifəsini yerinə yetirərkən baş verib. Belə ki, E.Əliyev hakimiyyət nümayəndələrinin qanuni tələbinə qarşı çoxaraq zorakılıq hərəkətləri edib.