Bakıda şadlıq evində qız evi ilə oğlan evi arasında kütləvi dava - 4 NƏFƏR BIÇAQLANDI
    • 19-03-2020, 10:30
    • 952

Bakıda şadlıq evində qız evi ilə oğlan evi arasında kütləvi dava - 4 NƏFƏR BIÇAQLANDI

Bakıda şadlıq evində keçirilən toy zamanı baş vermiş kütləvi bıçaqlanma hadisəsi ilə bağlı açılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.

News24.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsində “Üzeyir” şadlıq evində keçirilən toyda 4 nəfəri bıçaqlayan Ağabbalı Elton Mahir oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü, yəni, qəsdən sağlamlığa ağır zərər vurma - . ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə maddəsi ilə açılan işin materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən baxılacaq. 

Qeyd edək ki, hadisə 9-cu mikrorayon, Mir Cəlal küçəsində yerləşən "Üzeyir" şadlıq sarayında keçirilən toy mərasimində yaranan mübahisə zamanı baş verib. 1992-ci il təvəllüdlü Ağabbalı Elton Mahir oğlu 1957-ci il təvəllüdlü İbrahimov Mahir Ağababa oğlu, Hüseynov Telman Allahverdi oğlu və 28 yaşlı Hüseynov Seymur Hidayət oğluna bıçaqla xəsarətlər yetirib. Hadisəni törədən şəxs özü də dava-dalaş zamanı xəsarət alıb. 

İlkin məlumata görə, hadisə qız evi ilə oğlan evi arasında yaranan anlaşılmazlıq səbəbindən baş verib. Belə ki, tərəflərdən birinin verdiyi musiqi sifarişi digər tərəfdə narazılıq yaratdığından kütləvi dava baş verib. Nəticədə 4 nəfər bıçaqlanaraq ağır xəsarət alıb.